turklehceleri.org

döngə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

döngə

is. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri. [Avtomobil] ..gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. C.Məmmədquluzadə. ..Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb oxu və çarxı sındı. S.S.Axundov. // Əsas küçədən ayrılan kiçik, dar küçə. Əyri döngələrdə, dar küçələrdə; Səs-səmir kəsilir, adam azalır. R.Rza. ..Döngələrin birində [Səriyyə xala və uşaqları] qaynar bir izdihamın içinə düşdülər. M.İbrahimov. // Küçənin tini. Qarı isə məscid yanında durub, oğlu döngə başında gözdən itincəyə qədər onun ardınca baxdı. Ə.Məmmədxanlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

döngə

tin
{kavis}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

döngə

dönemeç, viraj, yan sokak


Axir izdelgen sözler: