turklehceleri.org

kəsişmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kəsişmək

1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. – Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı. Onların içində ildırım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. İ.Şıxlı.
2. f. riyaz. Bir-birini qət etmək, kəsmək. Kəsişən (f.is.) xətlər.
3. qarş. məc. Razılığa gəlmək, müəyyən bir qərara gəlmək; razılaşmaq, uzlaşmaq. Qiymətdə kəsişmək. – [Hacı Rüstəm] bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı. Ə.Haqverdiyev.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

kəsişmək

kesişmek


Axir izdelgen sözler: