turklehceleri.org

doğramaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

doğramaq

f.
1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. – ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir. Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi. // Bir boyda, bir ölçüdə kəsmək. Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. M.Hüseyn. // Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq. [Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı. Ə.Vəliyev. // məc. Para-para etmək. Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi. Nəsimi. Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. Ə.Cavad. [Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı. M.İbrahimov.
2. Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq.
3. məc. dan. Laf vurmaq, yalandan vədə vermək mənasında.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

doğramaq

kəsmək, parçalamaq, ayırmaq
{kesmek, parçalamak, ayırmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

doğramaq

doğramak


Axir izdelgen sözler: