turklehceleri.org

diz

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

diz

и. тез □ diz boyu тездән (мәс., кар); diz kapağı тез капкачы ◊ deze gelmek тезләнү, баш ию

ercilasun1991

diz

Türkiye Türkçesi: diz
Azerbaycan Türkçesi: diz
Başkurt Türkçesi: tizⱬ
Kazak Türkçesi: tize
Kırgız Türkçesi: tize
Özbek Türkçesi: tizzä
Tatar Türkçesi: tiz
Türkmen Türkçesi: dīz
Uygur Türkçesi: tiz
Rusça: koleno

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

diz

is.
1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək. – Getdim bağa üzümə; Tikan batdı dizimə. (Bayatı). Göy ot dizdən yuxarı qalxmışdı. C.Məmmədquluzadə. • Diz qapağı – dizin üstündəki sümük. [Nurəddinin] sağ ayağı diz qapağından çıxmışdır. S.S.Axundov. [Qədir] .. ovucları ilə diz qapaqlarını ovdu, ayaqlarını oynatdı. Mir Cəlal. Diz oynağı – baldır sümüyünü bud sümüyü ilə birləşdirən oynaq. // Şalvarın, qıçın həmin yerini örtən hissəsi. Şalvarın dizləri sürtülüb.
2. Qıçın diz oynağından buda qədər olan hissəsi. Uşağı dizi üstündə oturtmaq. – ..Kərbəlayı Cəfər dizi üstə oturub üzüqoylu düşmüşdü çörəyin üstə. C.Məmmədquluzadə. ‣ Diz çökdürmək, diz üstə çökdürmək – zorla tabe etmək, tabe olmağa, təslim olmağa məcbur etmək. Tarixi əzmiylə yaradanları; Niyə çökdürdünüz bu gün diz üstə? B.Vahabzadə. Diz çökmək, diz üstə çökmək – 1) dizlərini yerə dayayaraq oturmaq və ya təzim əlaməti olaraq dizlərini yerə qoyaraq əyilmək. Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz üstə çöküb yalvarırıq, əlac olmayır. N.Vəzirov. Məhkum ayağa qalxaraq, Abbasqulu ağanın qarşısında diz çökdü... Ə.Sadıq; 2) məc. tabe olmaq, itaət etmək, təslim olmaq. [Qətibə:] Əlahəzrətin özü, Qızıl Arslanın qarşısında diz çökəcəyini görəcəkdir. M.S.Ordubadi. Tarix özü şahid olub; Bu dostluğun qarşısında; Düşmənin diz çökdüyünə. R.Rza. Dizə çıxmaq – həddən artıq çox olmaq. Zibil dizə çıxırdı. – Gün isti, yer qızğın, toz çıxır dizə; Çibinlər, milçəklər soxulur gözə. H.K.Sanılı. Dizlərini qucmaq (qucub oturmaq) – məyus, aciz, naəlac bir halda oturmaq, yazıq-yazıq oturmaq. Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub? N.Vəzirov. diz-dizə bax dizbədiz. Oturaydım dizdizə; Baxaydım gül üzünə. (Bayatı). Təbiət bizimlə durub diz-dizə; Başından keçəni danışır bizə. S.Vurğun.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

diz

diz


Axir izdelgen sözler: