daxil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
daxil
is. [ər.] İçəri, iç tərəf, bir şeyin içərisi. Bu evin daxili xaricindən gözəldir. Binanın daxili. // Hər ölkənin öz torpağı, öz hüdudlarının içərisi (xaric müqabili). Daxildə sərf olunan mallar. – [Daxildə] düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi. • Daxil etmək – bir şeyin tərkibinə, içərisinə, sırasına salmaq, keçirmək. Adını siyahıya daxil etmək. Müqaviləyə yeni maddə daxil etmək. – [Qəmərbanu] ..bu yolla onu [Gülnazı] istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü. M.İbrahimov. • Daxil olmaq – 1) girmək. Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. N.Nərimanov. Kürkə bürünmüş, başı başlıqlı Şəhabəddin içəri daxil oldu. S.S.Axundov; 2) başlamaq, girmək. Qış daxil oldu. – Bahar fəsli təzəcə daxil olmuşdu. Ə.Haqverdiyev; 3) bir təşkilata, cəmiyyətə və s.-yə üzv olmaq. Həmkarlar ittifaqına daxil olmaq. Dərnəyə daxil olmaq; 4) təhsil almaq üçün hər hansı təhsil müəssisəsinə qəbul olunmaq. Kursa daxil olmaq. Universitetə daxil olmaq. – [Aleksey Osipoviç:] Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur, onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. İ.Şıxlı; 5) bir şeyin tərkib hissələrini təşkil etmək. Dərmanın tərkibinə daxil olan maddələr. Bitki məhsullarının tərkibinə daxil olan kimyəvi maddələr.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
daxil
içəri, iç
{içeri, iç}
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
daxil
a. Dahil.