darlıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
darlıq
is.
1. Dar şeyin halı; ensizlik. Yolun darlığı. Keçidin darlığı. // Yer (sahə) azlığı; darısqallıq. Mənzilin darlığı. // Sıxlıq, tarımlıq. Şalvarın darlığı. Paltarın darlığı.
2. Sıxıntı, tənglik. Nəfəs darlığı.
3. məc. Maddi sıxıntı, çətinlik, ehtiyac, yoxsulluq; məhrumiyyət. Varlığa nə darlıq?! (Ata. sözü). • Darlığa düşmək – 1) maddi cəhətdən çətin vəziyyətə düşmək, ehtiyacı olmaq; 2) ağır, çətin vəziyyətə düşmək. Simurq dedi: – Siman, al bu tükü, darlığa düşsən, bu tükləri bir-birinə çəkərsən, mən harada olsam, gəlib harayına çataram. (Nağıl). Darlıq çəkmək – maddi sıxıntı çəkmək, ehtiyac içində olmaq. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərirdi. M.S.Ordubadi.
4. Azlıq, məhdudluq, çatışmazlıq. Vaxtın darlığı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
darlıq
I. sıxıntı, tənklik
{sıkıntı, zorluk}
II. sıxlıq, tarımlıq
{sıklık, sıkılık}
III. çətinlik, ehtiyac, yoxsulluq
{zorluk, muhtaçlık, yoksulluk}
IV. azlıq, məhdudluq
{azlık, sınırlılık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
darlıq
darlık