turklehceleri.org

daraqlamaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

daraqlamaq

f.
1. Daraqdan keçirmək, daraqla daramaq, daraqla təmizləmək. Yunu daraqlamaq. // Daraqla düzəltmək. Saçlarını daraqlamaq. Başını daraqlamaq. • Əllərini daraqlamaq – bax əl.
2. Silaha patronlu daraq keçirmək. Tüfəngi daraqlamaq. – Azərbaycan torpağına yad basmasın ayağını; Söyləyərək daraqladı öz mehriban yarağını. M.Rahim.
3. Əllərini yanlarına açaraq yolu, ya qapını tutmaq, keçməyə mane olmaq. Bu hində qapı açıldı, bir cavan oğlan qapını daraqlayıb təəccüblə gözlərini dirədi Xudayar bəyin gözünə. C.Məmmədquluzadə.
4. Gül açmaq. Pambıqlar daraqlamışdır.
5. Sığallamaq, tumarlamaq. Quzunu da raqlamaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

daraqlamaq

I. təmizləmək
{temizlemek}

II. sığallamaq, tumarlamaq
{okşamak, tımarlamak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

daraqlamaq

taraklamak


Axir izdelgen sözler: