bişmiş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bişmiş
1. sif. Odda qızardılmaqla və ya suda qaynadılmaqla hazırlanmış (çiy müqabili). Bişmiş ət. Bişmiş yumurta. Bişmiş kartof.
2. sif. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmış. Bişmiş kərpic.
3. sif. məc. Təcrübələnmiş, ustalaşmış, püxtələnmiş, bərkdən-boşdan çıxmış. Bişmiş adam. // Yetişmiş, yetkin. Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. M.S.Ordubadi.
4. is. Xörək, yemək. Bişmiş bişirmək. – Bişmişlərimiz min cürə ləzzətli qidadır. M.Ə.Sabir. [Vəli bəy:] Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. S.S.Axundov. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtı-vaxtında da bişmiş verirdilər. Çəmənzəminli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bişmiş
I. yetkin, kamil
{yetkin, olgun}
II. xerək, yemək
{aş, yemek}