daranmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
daranmaq
1. məch. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. [Qərib:] Siyah saçları darandı; Canım həsrətində yandı. “Aşıq Qərib”. [Hindli qız:] Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. A.Şaiq.
2. məch. Daraqdan keçirilmək, daraqlanıb təmizlənmək. Yun daranmışdır.
3. qayıd. Öz başını daramaq. Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad. Kamal durub geyindi, darandı, yuyundu. S.Rəhimov.
4. Bax daraşmaq. ..Təbii sərvətini əldə etmək üçün [imperialistlər] cənubdan və şimaldan İranın cəmdəyinə daranmışdılar. M.S.Ordubadi.
5. Bax dırmaşmaq. [Qız-gəlinlər] səhəngi atırlar çiyinlərinə, kəklik kimi daranırlar dağ yuxarı. N.Vəzirov.