turklehceleri.org

bəstə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bəstə

I. [fars.]
1. köhn. Bağlı. Əqlü huşum mənim, fikrü xəyalım; Şux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif.
2. Musiqi kompozisiyası. Musiqinin bəstəsi. // məc. Nəğmə, hava, mahnı, musiqi. Seyr et bu varlığı, şeyda bülbülüm! Həyata müjdədir hər yeni bəstən! S.Vurğun.

II. sif. Bir qədər alçaq. Mən Sonayam boyu bəstə; Dərdindən olmuşam xəstə. Aşıq Sona. Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə. (Bayatı). O bəstə dilbərim sözdən küsməsin; Rəhmin, şəfahətin bizdən kəsməsin. (Qoşma).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bəstə

I. nəğmə, hava, mahnı
{nağme, hava, şarkı}

II. alçaq, qısa, gödək
{alçak, kısa, bodur}


Axir izdelgen sözler: