Əqidə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əqidə
is. [ər.]
1. İnsanın mühit, həyat və ümumiyyətlə, varlıq haqqındakı düşüncə və inamı; etiqad, inam, məslək. İki mübhəm sözün nə qiyməti var; Böylə sərsəm əqidədən nə çıxar? H.Cavid. Məqsədim, məsləkim, şüarım budur; Həmən əqidədir, həmin duyğudur. M.Müşfiq.
2. Fikir, qənaət, nöqteyi-nəzər. Bizim əqidəmizcə, bunlardan “məzlum”, “fəqir” .. vəzirlər heç məmləkətdə tapılmaz. N.Nərimanov. [Vəli:] Mənim əqidəmcə, duel haram bir əməldir. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əqidə
I. e’tiqad, inam, məslək, yol
{itikat, inanç, meslek, yol}
II. fikir, qənaət, baxım
{düşünce, kanaat, düşünüş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əqidə
kanı