bərə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bərə
I. is.
1. Ov gözlənilən yer, pusqu, marıq. Ovu bərədə vurmalı. (Ata. sözü). Aslantək bərəyə yataq; Düşmənlərə şeşpər ataq. “Koroğlu”. Kəmənd əldə, səyyad ov bərəsində; Ovçu da ağlayar, maral da ağlar. Aşıq Növrəs İman. Kişlək ovu tam bərəyə, birbaş ovçunun üzərinə gətirir. S.Rəhimov.
2. Çıxacaq yer, yol, aralıq. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”.
II. is.
1. Böyük çayların üstündə qurulan mütəhərrik körpü, yaxud üzərində şey daşımaq üçün yan-yana rəbt edilmiş şalbanlardan ibarət üzücü körpü; sal. Orada bir bərəyə rast gələcəksiniz. Traktorları bərəyə qoyub, o taya keçirdərsiniz. M.Hüseyn.
2. Bənd (çayda, arxda). Qədim dayı .. bərədə hərlənir, ancaq mirab Zülqədərin və cuvarların gözündən bir tük belə yayındıra bilmirdi. S.Rəhimov.
3. Sahildə gəmi dayanan yer; dənizin, çayın sahilə dayaz yeri.
4. Bağ və bostanların arasında qoyulan cığır, ara, sərhəd, açıq yer, mərz. Bostanın bərəsini tikanla tutmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bərə
I. pusqu, marıq
{pusu, av beklemek}
II. yol, aralıq
{yol, aralık}
III. bənd
{bağ}
IV. sal, körpü
{geçit, köprü}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bərə
feribot