bəlağət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bəlağət
is. [ər.] Fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək qabiliyyəti; natiqlik istedadı. Onun danışığında bir bəlağət var. – Oğlanın qəzəlpərəst atası .. barmağını mənə tərəf uzadıb başladı bəlağətlə (z.) oxumağa. C.Məmmədquluzadə. [Əmiraslan:] Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb camaatı bizim itaətimizə çağıracaqsınız. S.S.Axundov. [Rəhim xan:] Sənin ağıl, kamal, fəsahət və bəlağətin mənim nəzərimi cəlb etdi. C.Cabbarlı. // Gözəllik, bədiilik, aydınlıq (danışıqda).