turklehceleri.org

bəhs

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bəhs

is. [ər.]
1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə. // Söhbət, danışıq. • Bəhs etmək – danışmaq, söhbət etmək, fikir yeritmək. Biz bir neçə Badkubə müəllimləri .. ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik... C.Məmmədquluzadə. Bəhs açmaq – söhbət açmaq, danışmağa başlamaq. Qaragözlü həkim xanım özü bir çocuq anası olmadığı halda, kitablardan bəhs açaraq “Analıq və çocuqluq” mövzusunda mühazirə oxuyurdu. S.Rəhimov.
2. Mübahisə, söz güləşdirmə. • Bəhs düşmək – mübahisə düşmək. İçərkən ortalığa belə bəhs düşdü. S.S.Axundov. Bəhs etmək – 1) mübahisə etmək. O bəhs etməyi çox sevir. – Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə. M.Ə.Sabir; 2)çəkişmək,mərcləşmək; 3)yarışmaq, bəhsləşmək. Xətti-rüxsarın edər lütfdən reyhan ilə bəhs; Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. Füzuli. Bəhsə düşmək – acığa düşmək, bəhsləşmək, yarışmaq. Bəhsə düşən raykom şoferi yolda vurub Qocaoğlunun şoferini keçmiş və Dəmirovu hamıdan qabaq rayona çatdırmaq istəmişdi. S.Rəhimov. Bəhsə gəlmək – bir-biri ilə yarışmaq. Oğlanlar, qızlar, gəlinlər; Bir-birilə bəhsə gəlir. Aşıq Əli. Bəhsə girişmək – 1) mübahisəyə başlamaq; 2) birinin acığına iş görməyə başlamaq, çəkişmək. Bir-birinin bəhsinə – 1) bir-biri ilə yarışaraq; 2) bir-birinin acığına. Xanımlar bir-birinin bəhsinə hey buyururdular. Mir Cəlal.
3. Bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi. Qrammatikanın feil bəhsi. Fizikanın işıq bəhsi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bəhs

I. söhbət, danışıq, mübahisə
{sohbet, konuşma, laflama}

II. hissə, fəsil, bölmə
{hisse, fasıl, bölüm}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bəhs

bahis


Axir izdelgen sözler: