turklehceleri.org

büdrəmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

büdrəmək

f.
1. Yeriyərkən müvazinəti itirmək, yerişi pozulmaq. Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrəyir. M.F.Axundzadə. Onlar bərk-bərk bir-birinin əlindən tutur, heyrətdən böyümüş gözləri ilə ayaqlarının altını görmədən, büdrəyərək yeriyirdilər. M.İbrahimov.
2. məc. Yolunu azmaq, sapmaq, yanılmaq. Büdrəyənin, yıxılanın qolundan tutar; Qoy hamının işi getsin, deyə qabağa. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

büdrəmək

yıxılmaq
{yıkılmak}


Axir izdelgen sözler: