briqada
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
briqada
[fr.]
1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası. – ..Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi. // Birtipli hərbi gəmilər birləşməsi. Torpeda gəmiləri briqadası.
2. Dəmir yolunda qatara xidmət edən işçilər heyəti. Qatar briqadası.
3. Zavodda, müəssisədə və s.-də müəyyən sahəyə aid olan istehsal tapşırıqlarını yerinə yetirən kollektiv, işçilər dəstəsi. Çilingərlər briqadası. – Salman kişi axşam tikintiyə qayıdanda briqada üzvlərini orada gördü. Mir Cəlal.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
briqada
ekip, tugay