daşkəsək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
daş-kəsək
top. Daş və bərkimiş torpaq parçaları. Onlar yerdən daş-kəsək alıb darvazanı daşa basdılar. P.Makulu. İstidən tərləmiş İsmayıl .. cırıq çustlarından çıxan barmağını daş-kəsəyə vurmamaq üçün yolun kənarında bitən otların üstü ilə gedirdi. S.Şamilov.