bircə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bircə
1. say. Yalnız bir, tək bir, yalnızca, təkcə, yeganə, vahid. Onun bircə uşağı var. Bircə gün bu işə bəsdir. Bircə saat gözlə. – Güllə Əlinin tüfəngini saldı yerə. Nəbigildə bircə tüfəng qaldı. “Qaçaq Nəbi”. Biçarə həkim börkünü götürüb bircə dəfə “xoroşo” deyib çıxıb getdi. C.Məmmədquluzadə. [Mehrixanım:] Sən mənim bircə balamsan! Ə.Haqverdiyev. // Ancaq, yalnız. [Nəbi kişi:] Cərgədən çıxmaq bircə öləndə, hələ ona da baxarıq. S.Rəhimov. [Qadın:] Anası ölmüşlərdən çoxdandır kağız yoxdur. Bircə böyüyündən gəlib.. M.Hüseyn. // Heç olmasa, heç olmasa bir. Bəlkə düşə bircə qaranquş ələ; Ta yeyibən loğmanı canə gələ. S.Ə.Şirvani. Keçən günü bircə salsan yadına; Dostu atmaq layiq deyil adına. Aşıq Kərəm.
2. əd. Arzu bildirir. Bircə gələydi. Bircə görsəydim. – İncimərəm sənin şirin felindən; Əhdim budur bircə qucum belindən. (Qoşma). [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram bircə səni görməyə gəlim. Amma görürsən, iş düşür. Ə.Haqverdiyev.
3. əd. Hədə, təhdid bildirir. Bircə bura gəl, gör sənə nə edərəm.
4. əd. Təkid, xahiş bildirir. [Tubu:] Bircə de görüm Aslanın işi hancarı oldu? Ə.Haqverdiyev. [Əminə:] Bircə farağat dur, .. göz dəyər sana! S.Vurğun. [Əsəd] – Bircə buradan bax, – deyə Mahmud əmiyə təklif etdi və qolundan yapışıb dartmaq istədi. B.Talıblı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bircə
yalqız, təkcə, yeganə, vahid
{yalnız, biricik, yegâne, tek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bircə
bir, bir tek, tek