baha
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
baha
[fars.]
1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz. – [Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə.. M.F.Axundzadə. Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn. // Əvəz, qarşılıq. [Mirzə:] Məgər mənim imanımın bahası belə rəftardır? Ə.Haqverdiyev.
2. sif. Yüksək qiymətlə satılan, ya alınan (ucuz ziddi). Baha qiymət. Baha mal. – Bir aydan sonra o, bir gödək berdankanı çox baha qiymətə alıb, samanlıqda gizlətdi. S.Rəhimov.
3. Yönl. halda: bahasına – bir şeyi əldə etmək üçün sərf edərək, qurban verərək. O öz biliyini inadlı əmək bahasına qazanmışdır. – [Azadın] baqi qalan son dəqiqələri, onun hər nəfəsi bir düşmən həyatı bahasına tamam olur. Ə.Məmmədxanlı. // Yolunda, uğrunda. Qədəh bahasına can vermək istərəm, amma; Nə çarə kim, iki aləm olur bəhayi-qədəh. S.Ə.Şirvani. ‣ Baha oturmaq – çox bahaya, böyük səy və zəhmətə mal olmaq, yaxud çox pis nəticələnmək, nəticəsi pis olmaq. [Əlyarov:] Yazıqsan, bala, cavanlığını nəzərə alıram, yoxsa bu səhvin sənə baha oturardı. M.Hüseyn. Od (qızıl) bahasına – çox baha, həddindən artıq baha qiymətə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
baha
qiymətli, dəyərli
{kıymetli, değerli}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
baha
pahalı
Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)
baha
at. 1. Bir zada goýlan nyrh. Nirede haryt bolçulugy bolsa, şol ýerde bahalaram aşaklaýar (“Türkmenistan”). 2. Bir zadyň gymmaty, ähmiýeti, tutýan orny hakynda pikir, garaýyş. 3. Okuwçylaryň bilim derejesini görkezýän belgi. 4. Ýaryşda gazanylan derejäni görkeziji bellik.
‣Baha bermek bir zadyň ähmiýetini, nä derejededigini kesgitlemek. Baha kesmek nyrhyny belli etmek, nyrh kesmek. Bahasyny ýetirmek degişli, hakyky bahasyny bermek. Belli bahasy ýok örän gowy. Seniň bu eden ýagşylygyň belli bahasy ýokdur.
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
baha
f. Fiyat. Yuquri baha – Yüksek fiyat. Bahasini chüshermek – Fiyatını indirmek. Bahasi qanche? – Fiyatı ne kadar? Baha bermek – Fiyat biçmek.