turklehceleri.org

arasıra

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ara-sıra

zərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır.. Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Kənddə həmişəki kimi sakitlik aram idi. Ancaq ara-sıra kəndin kənarında biriki köpəyin hürməsi eşidilirdi. B.Talıblı. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sınırdı. M.İbrahimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ara-sıra

arabir, bə’zən, hərdənbir
{arada bir, bazen, binde bir}


Axir izdelgen sözler: