turklehceleri.org

altüst

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

altüst

с. аслы-өсле; тузгыган, буталган □ alt üst böreği аслы-өсле кыздырып пешерелә торган пәрәмәч; altüst etmek астын өскә китерү

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

alt-üst

zərf Qarmaqarışıq, pozğun, nizamsız, bərbad bir halda. Gəldim bütün kağızlarımı alt-üst gördüm. • Altını üstünə çevirmək – bax. alt-üst etmək (eləmək) 1-ci mənada. Gecə yarısı [qorodovoylar] Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdirlər. Ə.Haqverdiyev. Altını-üstünü ölçmək – dolaşmaq, gəzmək, çox gəzib gəlmək. Zurnaçılardan tutmuş traktor sürənə qədər hamı yolun altını-üstünü ölçürdü. M.Hüseyn. Alt-üst etmək (eləmək) – 1) dağıtmaq, qarışdırmaq, bərbad etmək, darmadağın etmək. Jandarmlar .. otağı alt-üst etməyə başladılar. M.S.Ordubadi. Nə buldular İskəndərlər, Çingizlər; Cahanı titrədib altüst etdilər. H.Cavid; 2) puça çıxarmaq, heçə çıxarmaq, pozmaq. Tubunun səsindəki mülayimlik Umudun bayaqkı şübhələrini bir andaca alt-üst elədi. İ.Məlikzadə. Alt-üst ilə – artıraraq, çevirərək, dəyişdirərək, başqa şəkildə. [Ağca xanım] corabçıdan eşitdiklərini bir az da alt-üst ilə Gəldiyevə danışır. Mir Cəlal. Alt-üst olmaq – 1) altıüstünə çevrilmək, dağılmaq, qarışmaq, bərbad olmaq, darmadağın olmaq; 2) puça çıxmaq, heçə çıxmaq, pozulmaq. Bütün arzularım alt-üst oldu. – Həyatdan bezmiş, bütün ümidləri alt-üst olmuş Gülyazın heç bir çıxış yolu qalmamışdı. M.Hüseyn. Ayağım yekə bir daşa toxundu, bütün fikirlərim alt-üst oldu. Ə.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

alt-üst

I. qarma-qarışıq, pozgun, nizamsız
{karmakarışık, dağınık, düzensiz}

II. dağılma, çevrilmə, pozulma
{dağılma, çevrilme, karışma}


Axir izdelgen sözler: