turklehceleri.org

almaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

almaq

f.
1. Əlinə götürmək, əl ilə tutub götürmək, qaldırmaq. Əlinə ağac almaq. Qələmi əlinə aldı və yazdı. Tüfəngini alıb ova getdi. – Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini-xörəyini qabağına çəkmişdi. Mir Cəlal. // Cəld qapmaq, tutmaq, ələ keçirmək; ovlamaq. Qızılquşlar ov kimi süzüb, qırqovulları göydə alıb, otluğa endilər. Çəmənzəminli.
2. İcra üçün qəbul etmək. Tapşırıq almaq. Sifariş almaq. Komanda almaq. Siqnal almaq.
3. Satın almaq. Bazardan ət almaq. Mağazadan palto aldım. – Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. N.Nərimanov. Salam kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.
4. Qaldırmaq, götürmək, çıxarmaq, açmaq. Sevdiyim alaydı üzündən niqab; Bir də baxıb o camalı görəydim. M.P.Vaqif.
5. Əxz etmək, götürmək, istifadə etmək. Məlumatı ilk məxəzlərdən almışam. Müəllif mövzunu xalq həyatından almışdır.
6. Göndərilən, verilən, təklif edilən, gözlənilən, istənilən bir şeyi qəbul etmək, götürmək, əldə etmək. Məktubu almaq. Maaş almaq. Yeni evdə mənzil almaq. Tibbi yardım almaq. Üzərinə vəzifə almaq. – [Qüdrət:] Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq lazımdır. M.Hüseyn.
7. Rütbə, ad, dərəcə, vəzifə sahibi olmaq, qazanmaq. Professor adı almaq. Elmlər namizədi elmi dərəcəsi almaq.
8. Özü ilə bərabər gətirmək, özü ilə aparmaq, yanınca gətirmək. [Rəşid:] Çox təvəqqe edirəm ki, Nina xanımı da alıb bizə təşrif gətirəsiniz. M.S.Ordubadi. Hər gün şamdan sonra atam məni yanına alıb, çərəkədən mənə dərs deməyə başladı. M.İbrahimov. // Aparmaq, götürmək, gətirmək. [Qızılquş] ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda təmiz yaxaladıqdan sonra parçalayıb balalarının qabağına atar. A.Şaiq.
9. Ələ keçirmək, fəth etmək, istila etmək, tutmaq, özünə tabe etmək. Şəhərlər almaq. Əsir almaq. Qalanı almaq.
10. Zəbt etmək, əlinə keçirmək, tutmaq, ixtiyarına keçirmək. [Qubernator:] Budur, Əmiraslan bəy deyir: müsəlmanların yerlərini alırlar, heç hələ özündən xəbəri yoxdur. C.Cabbarlı.
11. Evlənmək, özünə arvad etmək. [Vəzir:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib onu almağa talib idim. M.F.Axundzadə. [Nəcəfqulu:] ..Mahmud, indi zamana xarab olub, qızı görməmiş heç kəs almaq istəməyir. B.Talıblı.
12. Bürümək, qaplamaq, əhatə etmək, basmaq, sarmaq, örtmək. Dağların başını duman almışdır. – Çən alıb dağlar başın; Bağ başın, bağlar başın; Camalın bir aynadır; Hər görən bağlar başın. (Bayatı).
13. Yemək, içmək, dadmaq. Kababdan bir-iki tikə aldım. Bir udum su aldım.
14. İstehsal etmək, hasil etmək, hazırlamaq. Neftdən benzin alırlar. Daş kömürdən müxtəlif maddələr almaq olur. Tədqiqatdan maraqlı nəticələr almaq.
15. Daxil etmək, iştiraka yol vermək. Aralarına almaq. Sahibsiz uşaqları uşaq evinə aldılar.
16. Müəyyən bir şəklə düşmək, mahiyyət kəsb etmək. Mübahisə çox kəskin bir şəkil aldı. Yağış adi bir hal almışdır. Onların söhbəti başqa bir rəng aldı. – İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. M.İbrahimov.
17. Kəsmək, gödəltmək, qısaltmaq, kiçiltmək. Ağac uzundur, bir az boyundan almaq lazımdır. Paltonun ətəyindən bir az alsan, pis olmaz. Saçların yan-yörəsini almaq.
18. Anlamaq, düşünmək, dərk etmək. Mən onun danışığından bir şey ala bilmədim. Zehnim bunu almır.
19. Çıxartmaq, götürmək. Doqquz yaşı olanda anası onu [Azadı] oxuda bilməyib, məktəbdən aldı. M.İbrahimov.
20. Məşğul etmək, maraqlandırmaq, diqqətini cəlb etmək, həyəcanlandırmaq. [Tağının] bacısını xan .. aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır. Ə.Haqverdiyev. Qəribə bir xatirə məni aldı. M.İbrahimov.
21. məc. dan. Təsir etmək, əsər etmək. Bu söz məni aldı.
22. Çalışaraq əldə etmək, rabitə yaratmaq. Nə qədər zəng etdimsə, istədiyim nömrəni ala bilmədim. – Birdən [Dəmirov] ara verdi, zəng edib Qiyasəddinovu aldı. S.Rəhimov.
23. Məhrum etmək. Aşıq ala gözlərin; Canım ala gözlərin; Qorxuram düşəm öləm; Yada qala gözlərin. (Bayatı). Alıbsan əlimdən din-imanımı; Müştaq eləyibsən ay üzəüzə. Aşıq Ələsgər.
24. Sərf etməyə məcbur etmək, aparmaq. Bu iş iki gün vaxtımı aldı.
25. məc. dan. Rüşvətxor olmaq, rüşvət qəbul etmək. [Səfər bəy:] Deyirlər ki, bizim hakim almayır. (Barmağı ilə rüşvətə işarə eləyir). B.Talıblı.
26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: önünü almaq, söz almaq, intiqam almaq, qan almaq, könlünü almaq və s.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

almaq

I. götürmək, qaldırmaq
{götürmek, çekmek}

II. qaldırmaq, götürmək, çıxarmaq, açmaq
{çekmek, götürmek, çıkarmak, açmak}

III. qazanmaq
{kazanmak}

IV. tutmaq
{tutmak}

V. əvlənmək
{evlenmek}

VI. yəmək, içmək, dadmaq
{yemek, içmek, tatmak}

VII. kəsmək, gödəltmək, qısaltmaq, kiçiltmək
{kesmek, ufaltmak, kısaltmak, küçültmek}

VIII. anlamaq, düşünmək
{anlamak, düşünmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

almaq

almak

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

almaq

Almak. Élip barmaq – Götürmek. Élip kelmek – Getirmek. Élip ketmek – Götürmek. Élip chiqmaq – Getirmek. Élip yürmek – Beraberinde götürmek. Öch almaq – Öç almak. Bet almaq – Yüzünü doğrulamak. Tüs almaq – Belirti. Til almaq – Söze uymak; emre boyun eğmek. Xotun almaq – Evlenmek. Boyungha almaq – Yüklenmek; itiraf etmek. Közni almay qarimaq – Gözü kırpmadan bakmak. Qarshi almaq – Karşılamak. Uning könglini élip keldim – Onun gönlünü aldım. Könglümni chirayliq qiz aldi – Gönlümü bir güzel kıza kaptırdım.


Axir izdelgen sözler: