turklehceleri.org

ayazımaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ayazımaq

f.
1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq. Bir az qabaq hava buludlu idi, indi ayazıyıbdır. – Payızın çiskinli, dumanlı günü ayazıyırdı. S.Rəhimov. Duman bir qədər ayazıdı, döyüşçülərə yol açdı. Ə.Vəliyev. Yağış bu saat kəsəcək, yuxarı ayazıyır. İ.Əfəndiyev.
2. Gecə ayazında bərk üşümək, soyuqdan donmaq.
3. məc. Ağır xəstəlikdən ayılmaq, bir az yaxşılaşmaq, xəstəliyi yüngülləşmək, rəngi özünə gəlmək, bənizi açılmaq. Xəstə dünənkinə nisbətən bir az ayazıyıbdır. // məc. Açılmaq. [Nəbinin] buludlu qaşqabağı birdən ayazıyıb açıldı. S.Rəhimov. // məc. Ayılmaq, özünə gəlmək. Zabitlə soldatlar hələ dünənki içkidən ayazımamış, həyatla vidalaşmalı oldular. M.Hüseyn. Bulanıq və dərin yuxulardan ayazıyıb, özümə gəldim. Mir Cəlal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ayazımaq

I. açılmaq, təmizlənmək, aydınlaşmaq
{açılmak, temizlenmek, aydınlanmak}

II. üşümək, donmaq
{üşümek, donmak}

III. yaxşılaşmaq, sağalmaq
{iyileşmek, sağalmak}


Axir izdelgen sözler: