turklehceleri.org

afərin

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

afərin

nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! – Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi. [Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq.. S.S.Axundov. Öz yaşından böyük iş görənlərin; Bir afərin söylə hünərlərinə. Ə.Cavad. İkinci pərdə düşdükdən sonra camaatdan, yoldaşlarım və teatrda iştirak edənlər başıma yığılıb: – Afərin! Afərin! – deyə məni təbrik etdilər. H.Sarabski. // Bəzən kinayə və istehza yolu ilə deyilir. Afərin sənin hünərinə. Afərin sənə, bizi yaxşı aldatdın! – Afərinlər, doğru yollu verdiyin peymanlara; Əhdini ifa üçün sadir olan fərmanlara... M.Ə.Sabir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

afərin

tə’rif, əhsən, mərhəba
{lütuf, ihsan, beğenme}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

afərin

aferin, bravo


Axir izdelgen sözler: