adəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
adəm
[ər.] bax. adam. Səcdə qıl yarə könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. ‣ Adəm alması anat. – qığırdağın çıxıq yeri; xirtdək. ..Adəm alması deyilən xirtdək sümüyündən heç bir əsər-əlamət görünməzdi. Ə.Əbülhəsən. Adəm oğlu – bəşər, insan, adam. Sənə kimdir adəm oğlu deyən? Allah! Allah! Allah! Bu sifətdə kim görübdür bəşəri cahan içində. Nəsimi. Adəm övladı – insanlar, bəşəriyyət, insanlıq. ..O vaxtdan şeytan adəm övladının qəlbində qalıb, onu hər bir pislik tərəfinə çəkir. Ə.Haqverdiyev. Adəmdən xatəmə – dünyanın əmələ gəlməsindən bu günə kimi, heç bir vaxt. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu.