abır
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
abır
is. [fars.]
1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. [Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə. [Gövhər:] İndiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Birisi:] Məgər mən öz abrımdan keçib camaat malına xəyanət edərdim? Ə.Haqverdiyev.
2. məc. dan. Üst-baş, geyim, qiyafət, zahiri görünüş mənasında. [Qurban:] Ə, bu nə paltardır, balam, heç bir utanıb qızarırsan? Bu abırla elə toya-vaya gedirsən. S.Rəhimov.
3. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri. ‣ Abır gözləmək – hörmət saxlamaq, ədəb gözləmək; utanmaq, həya etmək. Abır qoymamaq – 1) bax. abrını almaq; 2) xarab etmək, bərbad etmək, puç etmək. Abırdan düşmək – rüsvay olmaq, biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, ləyaqətini itirmək. Abırdan salmaq – hörmətsizlik etmək, biabır etmək, rüsvay etmək, bərk danlamaq. Abra düşmək – lazımi şəklə, qaydaya düşmək, ləyaqətli şəklə düşmək. Abra salmaq – səliqəyə salmaq, qaydaya salmaq. [Əlyarov:] Heç olmasa gərək küçələri layiqincə bəzəyib abra salaq. M.Hüseyn. Abrı getmək (tökülmək) – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək. [Yetər:] Ağa, belə söhbətdən mənim abrım töküldü. N.Vəzirov. Abrını almaq – bərk danlamaq, biabır etmək. [Qarabirçəyə] elə gəlirdi ki, hər bir kəs Əbişin etdiyi cinayətə qarşı hiddətlənib onu yaxalayacaq, onun abrını alacaq.. S.Rəhimov. Abrını aparmaq – bax. abrını almaq. Abrını atmaq – özünü arsızlığa vurmaq, heç bir şeydən utanmamaq, abırsızlıq etmək. Abrını ətəyinə bükmək – bərk danlamaq, məzəmmət etmək, abrını almaq. Abrını götürmək (tökmək) – bax. abrını almaq. Abrını vermək – bax. abrını almaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
abır
I. göy, mavi, bənövşəyi
{gök, mavi, mor}
II. həya, heysiyyət, şərəf, hörmət, qədir, qiymət
{hayâ, haysiyet, şeref, saygı, kadir kıymet}
III. üst-baş, gəyim, qiyafət
{üst baş, giyim, kıyafet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
abır
ar, edep, utanma
Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)
abır
abır – şabır: hızlıca; çeviklikle; abır – şabır at toku folk. : çabucak atı eğerle.