turklehceleri.org

münəvvər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

münəvvər

sif. [ər.]
1. İşıqlı, nurlu, parlaq, rövşən. Cismindir münəvvər, ağü nazikrək; Ol səmən sinəni mərmər eylədi. M.P.Vaqif.
2. Ziyalı. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Çəmənzəminli. // İs. mənasında. Keçən əsrin Azərbaycan münəvvərləri cəmiyyətin bədənini müayinə etdikdə onun pis bir xəstəliyə mübtəla olduğunu gördülər. M.İbrahimov. ‣ Münəvvər etmək (eləmək) – 1) işıqlandırmaq, işıq saçmaq, nurlandırmaq. Yəqin bil, ölərəm, şəbistanımı; Münəvvər etməsə cəmalın sənin. Aşıq Mirzə Həsən; 2) məc. bəzəmək, bəzək vermək, süsləmək. [Hacı Fərəc:] And olsun atamın ərvahına, səni mən qızıla, ləlü cavahirə münəvvər edərəm. N.Vəzirov. Münəvvər olmaq – işıqlanmaq, nurlanmaq. Dəmbədəm şəmi-cəmalından münəvvər olmasa; Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana. Füzuli. Münəvvər olsun aləmlər; Görünsün mahtab, oxqay! Aşıq Saleh.


Axir izdelgen sözler: