turklehceleri.org

Zərb

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

zərb

is. [ər.]
1. Vurma, vuruş, zərbə. Zərbənin gücü, şiddəti. Ağac zərbi. – Zərb zəyərəkdən yağ çıxardar. (Ata. sözü). ..El bir olsa, zərbi kərən sındırar.. Aşıq Abbas. Vəzn, xüsusilə zərb ilə çalınan musiqi əsərlərində .. daha qabarıq surətdə nəzərə çarpır. Ə.Bədəlbəyli. • Zərbə düşmək – gücə düşmək, zora düşmək.
2. Adətən zərbindən şəklində – toxunma gücündən, şiddətindən, zərbəsindən, təsirindən. Küləyin zərbindən ağaclar yıxıldı. – Zərbindən dağlar titrəşir; Bərqin dirəxşanı kimi. Aşıq Ələsgər. Mən hələ ondan qorxuram ki, Parijin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. M.F.Axundzadə. Yəqin ki istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov.
3. Zərblə şəklində zərf – şiddətlə, bərk, bütün ağırlığı ilə. Atılan qarmağın birini də balıq aparmışdı. .. Elə bu vaxt sudakı qarmağın zərblə dartıldığını gördülər. İ.Şıxlı. Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi. İ.Məlikzadə.
4. riyaz. köhn. Vurma əməli. Beş zərb beş – eylər iyirmi beş. • Zərb cədvəli – vurma cədvəli. Əhmədin riyaziyyatdan çox da başı çıxmazdı, amma əmali-ərbəəni və ələlxüsus, zərb cədvəlini yaxşı bilirdi.. B.Talıblı.
5. Metal pul, sikkə və s. üzərinə naxış, damğa vurma. • Zərb vurmaq (eləmək) – metal pul kəsmək, sikkə kəsmək. Zərb olunmaq (edilmək) – kəsilmək (metal pul və s.).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

zərb

vurma, vuruş
{vurma, vuruş}


Axir izdelgen sözler: