turklehceleri.org

sərhəd

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sərhəd

is. [fars. sər və ər. hədd]
1. Qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt; mərz. Avropa ilə Asiyanın sərhədi. // Qonşu dövlətlərin ərazisini, ya sularını biribirindən ayıran xətt; hüdud. Dövlət sərhədi. Su sərhədi. Sərhədi pozmaq. – Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. M.Hüseyn. [Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir. M.Rzaquluzadə.
2. məc. Yol verilən norma; hədd, hüdud. Hər şeyin bir sərhədi olmalıdır. – Bəzən də heç bir sərhəd, heç bir məqam gözləməyən arvadı inandırmaq üçün çətin bəhsə girişməli olurdu. B.Bayramov. • Sərhəd qoymaq – son qoymaq, hədd qoymaq. Sərhədi keçmək – ədəb dairəsindən çıxmaq, cızığı keçmək, həddini aşmaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sərhəd

hüdud, hədd
{hudut, hat}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sərhəd

hudut, sınır


Axir izdelgen sözler: