Zillət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zillət
is. [ər.] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. [Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç bir halda razı olmaram. S.Hüseyn. [İkinci oğlu:] Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən! Ü.Hacıbəyov. Bilməyəcəksiniz nə dərd, nə zillət; Aşıb-daşacaqdır sizinçin dövlət. S.Vurğun. // Həqirlik, xarlıq, alçalma. [Məsmə:] Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn. • Zillət çəkmək – əziyyət içində yaşamaq, ağır vəziyyətdə olmaq, ehtiyac içində yaşamaq. Fərhadü Məcnundən sən eylə ibrət; Müddət bari-qəmdə çəkdilər zillət. Aşıq İskəndər bəy. [Bəbir bəy:] Zillət çəkməsən, sabah qucağına alıb öpəndə heç ləzzət də verməz. Mir Cəlal. Zillətə salmaq – 1) ağır vəziyyətə salmaq, ehtiyac içində yaşatmaq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm dərdim azalı, Güllü. Aşıq Ələsgər; 2) həqir etmək, xar etmək, alçaltmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
zillət
çətinlik, məşəqqət, əziyyət
{zorluk, sıkıntı, eziyet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
zillət
zillet