Xudahafiz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xudahafiz
nida [fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir – sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu. M.F.Axundzadə. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşuyurlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. C.Məmmədquluzadə. [Əsgər:] Rüstəm bəy, xudahafiz! Məşədi İbad, xudahafiz! Ü.Hacıbəyov. – Onda xudahafiz, – deyə kişi qəzəblə donquldanıb yenə getdi. H.Seyidbəyli. • Xudahafiz eləmək – bax. xudahafizləşmək. Plovdan sonra durdum, xudahafiz elədim... Ə.Haqverdiyev. Teleqrafçı xudahafiz edib getdi. T.Ş.Simurq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
xudahafiz
hələlik, əlvida
{ayrılık, elveda}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
xudahafiz
Allah'a ısmarladık