Vaz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vaz
I. is. Baramaçılıqda: kələfcə şəklində sarınan incə yalınqat ipək teli.
II. : vaz keçmək – əl çəkmək, fikrindən daşınmaq. Öz fikrindən, niyyətindən vaz keçmək. – Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım. Çəmənzəminli. [Sərdar Rəşid:] Təbiidir ki, mən sizin şərəfinizə toxunmamaq üçün ona cəza verməkdən vaz keçirəm. M.S.Ordubadi. Hətta qurdu nişan alıb vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. A.Şaiq.
III. : vaz atmaq – hoppanmaq, sıçramaq, atılmaq, atılıb-düşmək. Sürü üstündə çobanlar yatmaz qorxudan; Çöldə heyvan ya maral vaz atmaz qorxudan. A.Səhhət. Budur, qız, getsənə, ilk qatar gəlir; Ürkərək vaz atıb qaçır dəvələr. S.Rüstəm. Dovşanlar çalınçarpaz yolla qaçaraq, tazıları çaşdırır, arabir də vaz atardılar. H.Sarabski.
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
va'z
arch. (Arabic) sermon on Islamic subjects usu. delivered outside the mosque after the Friday prayer; speech, lecture; exhortation, advice. ~ Et-/qil- to lecture, to preach.