turklehceleri.org

Teatr

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

teatr

[yun. teatros]
1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. Azərbaycan teatrının tarixi. – Hüseynin indi yadına düşdü ki, Həbib bəy o zaman teatrdan danışmışdı. S.Rəhman.
2. Səhnə tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cür lazımi imkanları (artist kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə. Opera və balet teatrı. Musiqili teatr. Dram teatrı. Kukla teatrı. – [Qoşqar:] İndicə yolda teatrın direktorunu gördüm. İ.Hüseynov.
3. Tamaşa göstərilən bina. [Nuriyyə:] ..Ayna zorla məni yedirir, hər gecə kinoya, teatra aparırdı. İ.Əfəndiyev. // dan. Səhnə tamaşası; tamaşa. Teatr göstərmək. Bu axşam klubda yaxşı teatr var.
4. Bu və ya digər müəllifə, yaxud ədəbi məktəbə və s.-yə aid dram əsərlərinin məcmusu toplusu. M.F.Axundzadə teatrı.
5. məc. dan. Gülməli, masqaraya qoyulmalı, qeyri-ciddi hadisə, iş, adam və s. haqqında. İclas deyildi, teatr idi. Onun işi lap teatrdır.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

teatr

tiyatro

Özbekche—In'gilische Lughet (Dirks, 2005)

teatr

(Russian) theater.

Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)

teatr

[tea:tr / tiýa:tyr], at. 1. Sahnada drama eserlerini görkezmek sungaty. 2. Sahnalaşdyrylýan oýunlar, şowhunly aýdym-sazlar goýulýan we görkezilýän jaý. Teatra gitmek. Teatrlary bina etmek.


Axir izdelgen sözler: