turklehceleri.org

Qurban

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qurban

is. [ər.]
1. Dini adətlərə görə, Allah yolunda kəsilən qoyun və ya başqa bir heyvan. • Qurban bayramı – hicri ilin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayram. Qurban kəsmək – həmin mərasimi icra etmək. Bugünkü qonaqlıq – “qurban kəsmə” Həmzənin idi. Pir üstündə o bu gün bir neçə qoyun kəsmiş, böyük ziyafət vermişdi. Ə.Əbülhəsən. İnqilabdan əvvəl quraqlıq olan illər camaat .. müsəllaya çıxıb, çoxlu qurban kəsmiş. Ə.Vəliyev.
2. Xalq arasında: hər hansı bir əlamətdar hadisə münasibəti ilə qoyun kəsmə adəti. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur. M.S.Ordubadi.
3. Ən əziz, ən müqəddəs bir şey yolunda canından keçmiş, özünü fəda etmiş adam. ..Bizim Novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar. C.Məmmədquluzadə. • Qurban etmək (eləmək) – 1) fəda etmək. Müştaqiyəm, canı qurban elərəm; O xəttinə, o xalına, sevdiyim! M.V.Vidadi. Bir canım var, yara qurban eylərəm; El də desin aşıq qurban öldürür. Aşıq Ələsgər; 2) könüllü surətdə başqasının xeyrinə bir şeyindən keçmək, əl çəkmək; canındanmalından keçmək. Qurban getmək – ən əziz, ən müqəddəs bir şey uğrunda fəda olmaq, həlak olmaq, canını qoymaq. Qurban olmaq – bax. qurban getmək. // Nəvaziş, mehribanlıq, yaxud yalvarış mənasında. Qurban, tez bunu apar. – Oxu, bülbülciyim, səsinə qurban! Ey ilham pərisi sevimli canan! M.Rahim. Qurban vermək – ən əziz, ən müqəddəs bir şey yolunda öz canından, yaxud yaxın adamının canından və ya malından keçmək, fəda etmək. Vətən yolunda canını qurban vermək. // Qurbandır şəklində – xoş təklif, iltifat mənasında, yaxud xahiş edilən bir şeyi məmnuniyyətlə verməyə, güzəşt etməyə hazır olmağı bildirir. – Nə gözəl şeydir! – Qurbandır! – [Məmmədhəsən əmi:] Baş üstə, baş üstə, qurbandı sənə eşşək. Bu saat gedim, özüm çıxardım. C.Məmmədquluzadə. Ay qardaş, sən xoş gəlmisən. Malım, dövlətim, evim, hamısı sənə qurbandır! Qantəmir.
4. Bir hadisə nəticəsində həlak olmuş adam. Yanğın qurbanları. Zəlzələ qurbanları. // Hər hansı bir iş üzündən zərər çəkmiş, mənəvi iztirab və haqsızlığa məruz qalmış adam haqqında. O, intriqa qurbanı oldu. Öz təcrübəsizliyinin qurbanı. ‣ Qurban(ın) olum! – nəvaziş, mehribanlıq, yaxud yalvarış bildirir. Çoxdandır ki, ibadətdən xaricəm; Səcdəgahım, bir sana qurban olum! Aşıq Pəri. Anası [Nadirin] ayıldığını görcək, qorxa-qorxa yanına gəlib başını sığalladı və sordu: – Qurban olum, bədənin ağrıyırmı? B.Talıblı. O yazan əlinə mən qurban olum! Gəl, gəz bağçamızı gül dərə-dərə. S.Vurğun. [Gülsənəm:] Sən özünə baxma, qurbanın olum! M.Hüseyn. Qurban kəsim! – bax. qurban olum! Qurban olasan..., qurban olsun... – biri haqqında icra edilmək istənilən bir işin (cəzanın, tənbehin və s.) kimin (nəyin) sayəsində güzəşt edildiyini bildirir. Qurban olsun gəncliyinə, yoxsa...

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qurban

kurban

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

qurban

a. Kurban. Qurban Héyt – Kurban Bayramı.


Axir izdelgen sözler: