turklehceleri.org

Papaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

papaq

is.
1. Əsasən tüklü dəridən tikilən baş geyimi. Buxara dərisindən papaq. Sur papaq. – Aslan zağarası getmiş papağını çıxardıb, əlindəki kağızı onun içinə qoydu.. M.Hüseyn. ..[Dadaş] kepkasını götürüb, gümüşü papağını başına qoydu.. S.Rəhimov. // Ümumiyyətlə, hər növ baş geyimi.
2. Bir şeyi yuxarıdan örtən şey; qapaq. ‣ Papaq eləmək – bildirmək, xəbər eləmək. Xeyir iş olanda bizə də bir papaq elə. Papağını əyri (çəp) qoymaq – xatircəm olmaq, rahat olmaq; özünü qayğıdan, məsuliyyətdən azad hiss etmək. [Rüstəm:] Bizim zamanda planları yerinə yetirdin, papağını çəp qoy, neyləsən, söz deyən olmayacaq. M.İbrahimov. Papağını əyri (çəp) qoyub gəzmək – heç bir işlə məşğul olmamaq, boşboş, avara-avara gəzmək. Papağını göyə atmaq – çox razı olmaq, çox sevinmək. [Qızyetər Nəcəfə:] Sən papağını göyə at ki, Şirzadla gəzirəm. M.İbrahimov. Papağını qabağına qoymaq yaxud qabağına qoyub fikirləşmək – yaxşı-yaxşı düşünmək, hərtərəfli düşünmək, götür-qoy etmək. [Səkinə Rüstəmə:] Papağını qoy qabağına, ağlını yığ başına, ay kişi, Yarməmmədə, Salmana söykənən kəlləmayallaq uçar. M.İbrahimov. Papaq kimi qaralmaq – uzaqdan qaraltı kimi görünmək, nəzərə gəlmək. [Pəri nənə:] Gördüm ki, bir topa adam papaq kimi qaralır. S.Rəhimov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

papaq

külah, şapka

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

papaq

Papak, kalpak.


Axir izdelgen sözler: