turklehceleri.org

Mənzərə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mənzərə

is. [ər.]
1. Bir yerin uzaqlara qədər gedən ümumi görünüşü, gözün qavraya bildiyi yerin, sahənin, təbiətin görünüşü; axar-baxar. Dağ mənzərəsi. Meşə mənzərəsi. – Mənzərələr tez-tez dəyişirdi: gah göy ot və çəmən, gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr.. S.S.Axundov. Furqon Ağsudan ötüb çaya yaxınlaşanda ayrı bir mənzərə müşahidə olundu. Mir Cəlal.
2. Təbiəti əks etdirən şəkil, rəsm. Təbiət mənzərələri. – [Lətifə:] Sizin dağlardan çəkib gətirdiyiniz mənzərələr çox gözəldir! M.Hüseyn. // Bədii əsərlərdə təbiətin təsviri. Nizaminin əsərlərində mənzərələr.
3. məc. Konkret şəkildə təsəvvür olunan, göz qabağına gətirilə bilən şey, hadisə və s. Keçmişin mənzərələri. Yürüş mənzərələri. Axşam mənzərəsi. – Tacirlərin və əsnafın abı, yaşıl, qara çuxaları qəribə bir mənzərə təşkil edirdi. Çəmənzəminli. Kosa qapının açar yerindən bu mənzərəni görürdü. S.Rəhimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mənzərə

görünüş, şəkil
{görünüş, suret}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

mənzərə

manzara


Axir izdelgen sözler: