Müstəqil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
müstəqil
sif. [ər.]
1. Başqasından asılı olmayan, başqasına tabe olmayan; sərbəst. Müstəqil respublika. Müstəqil hökumət.
2. Özü-özlüyündə əhəmiyyəti olan, başqaları ilə bağlı olmayan, başqalarından ayrılan; ayrıca, xüsusi. Müstəqil məsələ. Elmin müstəqil sahəsi.
3. Zərf mənasında. Başqasının köməyi və ya rəhbərliyi olmadan, öz bacarığı, təşəbbüsü ilə icra edilən. Müstəqil iş. Müstəqil fəaliyyət göstərmək. – Biz qarşıdakı məsələni həll etmək üçün az-çox müstəqil hərəkət etməli idik. H.Nəzərli. Şamama birinci dəfə idi ki, müstəqil olaraq pambıq becərirdi. İ.Əfəndiyev. Aslan onlara ixtisas üzrə bilik verir, müstəqil işləməyə öyrədirdi. M.Rzaquluzadə. // Kənar təsirlərdən azad; orijinal. Müstəqil mühakimə. – [Firəngiz Şahinə:] Öz müstəqil fikri olan və axıra qədər onu müdafiə eləyən adamlardan xoşum gəlir. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
müstəqil
I. sərbəst
{serbest}
II. özbaşına, öz-özünə
{serbest, bağımsız}
III. qətiyyətli, təşəbbüslü
{adım, girişim}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
müstəqil
bağımsız, egemen, erkin, hür, müstakil, özgür