Mövsümi
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mövsümi
sif. [ər.]
1. Müəyyən mövsümlə bağlı olan, mövsüm üçün olan. Mövsümi palto. – [Zahidoğlu] bu gün öz nazik yay paltarından heç birini geyməli olmadı, mövsümi libaslarına yanaşdı. S.Rəhimov. // Yalnız müəyyən mövsümə uyğun gələn, müəyyən vaxt üçün etibarlı olan. Mövsümi qiymət. Mövsümi bilet.
2. Müəyyən mövsüm ərzində görülən; daimi deyil, mövsümlə əlaqədar olan. Mövsümi iş.