Muşqurmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
muşqurmaq
f. Minik və qoşqu heyvanlarını hərəkətə gətirmək, it və s. heyvanları yaxına çağırmaq üçün dodaqları büzərək muşquruq səsi çıxarmaq. Muşqurub iti çağırmaq. – Məmməd nə qədər muşqurdusa, eşşək yerindən tərpənmədi. E.Sultanov. Məcid, xanımın məzəmmətini eşitcək atı muşqurub sürdü. B.Talıblı.