turklehceleri.org

Lovğa

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

lovğa

sif. Özü haqqında böyük fikirdə olan, başqalarına xor baxan; təkəbbürlü, təşəxxüslü. Lovğa adam. – [Gülpəri:] Başına dönüm, qəssab Nəbinin övrəti bir lovğa şeydir. Ə.Haqverdiyev. Faşizmin gözünə sancıldı bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. R.Rza. // Özünü öyən, tərifləyən; gopçu. // İs. mənasında. Lovğanın biridir. lovğa-lovğa zərf Təkəbbürlə, təşəxxüslə, dikbaşlıqla. Lovğa-lovğa gülmək. – [Koroğlu dedi:] Lovğa-lovğa baxma mənə; Sar qonmaz yasəmənə. “Koroğlu”. [Oğlan uşağı] Hidayətə baxıb dilini çıxartdı, .. qızın əlindən bərk yapışıb lovğa-lovğa aralandı. B.Bayramov. // Özünü öyərək. Lovğa-lovğa danışmaq.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

lovğa

caka, çalım, gurur


Axir izdelgen sözler: