Kərən
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kərən
is. məh. Yonulmamış yoğun ağac, dirək, iri kötük. Evin kərəni sınmışdır. – El yığılsa, kərən sındırar. (Ata. sözü). El bir olsa dağ oynadar yerindən; Söz bir olsa zərbi kərən sındırar. A.Tufarqanlı. Kərəni, pərdəsi hörümçək toru; Deyirlər, kasıbın bilinməz goru. S.Vurğun. • Kərənə dönmək – şişmək. Ayağı kərənə dönübdür.