Kaman
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kaman
is. [fars.]
1. bax. kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli.
2. Oxatan yay. Ox atılır, sanki kaman səslənir; Saheyi-meydanda vurur tək səbir. M.Ə.Sabir. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxarıb, xurma ağacları içərisinə yüyürdülər. Ə.Məmmədxanlı. ‣ Kaman kimi əyilmək məc. – beli əyilmək (bükülmək), ikiqat olmaq. Kaman kimi (tək) əymək məc. – belini əymək. Eləmi deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun olsa; Kamantək əyər məni. (Bayatı). Kamana dönmək – bax. kaman kimi əyilmək. Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkməkdən; Qəddim kamana döndü; Qürbət dərdi çəkməkdən. (Bayatı). Qaşı kaman şair. – bax. kamanqaş(lı). Qaşları kaman, ay qız; Apardın iman, ay qız; Dedim, hara gedirsən? Oldun bədgüman, ay qız! (Bayatı). Müjganların oxdu, qaşların kaman; Gözlərin qəsd edər cana, Gülpəri! Aşıq Ələsgər. [Sultan bəy:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl alım, maralım, dilbilməz! Ü.Hacıbəyov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
kaman
yay
Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)
kaman
yabanî domuz.