Gilə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gilə
is.
1. Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Qarağat giləsi. – [Kazım] yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi.. Çəmənzəminli. Kəhrəbadan seçilməz salxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadır. S.Rüstəm. Narın birini kəsdim, zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal.
2. Damla, damcı. Bir gilə su. Yaş giləsi. – Cümşüd bəy əlini açdı, qulluqçu onun ovcuna bir neçə gilə gülab tökdü. E.Sultanov. [Müqim bəy:] Daşdəmir oğlunun başını gərək elə kəsəsən ki, heç bir gilə qanı da yerə düşməyə! S.Rəhimov. Bir gilə götürüb hər bulağından; Gətirib evimdə bulaq düzəldəm... M.Araz.
3. Gözün qüzeh qişasında olan və oradan gözün içinə işıq daxil olan kiçik deşik. Mən aşiq giləsinə; Üzümün giləsinə; Qoy durum, qurban olum; Gözlərin giləsinə. (Bayatı). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. [Kərimov Səfərliyə:] Görürsən ki, bu ağ yavaşyavaş böyüyüb nəhayət gözün giləsini örtür. H.Seyidbəyli.
4. Məmənin ucu. Döşün giləsi. – Nahar eyləyəndə sızlardı hərdən; Döşünün giləsi, döşünün ucu. B.Vahabzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
gilə
I. damcı
{damla}
II. dənə
{tane}