Durna
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
durna
is. zool. Dimdiyi, boğazı və ayaqları uzun köçəri iri bataqlıq quşu. Qatarqatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar?! M.V.Vidadi. Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Göylərin yolçusu durna qatarı, Süzəcək süzdüyün dumanlıqları. M.Müşfiq. ‣ Durna boğazı məc. şair. – durnanın boğazı kimi uzun və zərif. Mahirə .. durna boğazını yuxarı tutaraq çağırdı: – Sarxan! Sarxan! M.Hüseyn. Durna gözü kimi məc. şair. – çox təmiz, saf, şəffaf, bərraq, dupduru mənasında. Ortalıqda qoca, kühənsal bir ağac altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. “Koroğlu”. Gözəl olur bizim elin yayları; Durna gözü kimi vardır bulağı. A.Şaiq.
Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)
durna
[durno], at. Aýaklary, boýny we çüňki uzyn guş. Durna gökde, duzak ýerde (Nakyl).
‣ Durnaň gözi ýaly dup-dury, arassa, tämiz, gök çüýşe ýaly (suw barada). Kiçijik ýabyň durnaň gözi ýaly suwy seslenip akýardy.