əlacsız
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əlacsız
1. sif. Davasız, dərmansız, sağalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sağalmaz. Əlacsız dərdə düşmək. – Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Rəfibəyli.
2. zərf Çarəsiz, imkansız. Çıxılmaz vəziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq. – ..Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim. S.S.Axundov. [Tapdıq] əlacsız qalıb, içəridən sınıq maşını götürüb məşğul olmaq istədi. Ə.Vəliyev. Heç yerdə ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əlacsız
I. davasız, dərmansız
{devasız, dermansız}
II. çarəsiz, imkansız
{çaresiz, imkânsız}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əlacsız
çaresiz, ilaçsız
Axir izdelgen sözler:
- oltaň,
- ert,
- kayçılaş,
- kadi,
- zorla,
- cülümek,
- garamaýak,
- Şəkilçi,
- klaviatura,
- hie,
- gilaylanmoq,
- Sparse,
- Scaffolding,
- Çorap,
- theater,
- dilmanclıq,
- qoyumçuluq,
- Lazım,
- mazirat,
- redd,
- qlobal,
- əlacsız