turklehceleri.org

Doğma

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

doğma

1. “Doğmaq”dan f.is.
2. sif. Eyni ata və anadan olmuş, bir qarından çıxmış. Doğma qardaş. – ..Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. // Ögey olmayan. Doğma bala. Doğma ata (ana). – Səhərisi gün Budaq doğma dayısını tapdı və 1921-ci ilə kimi onun yanında qaldı. Ə.Vəliyev.
3. sif. Anadan olduğu, doğulduğu, meydana gəldiyi, həyata gəldiyi (yer və s.). İndi [müəllim] xatırlayırdı ki, şəhərdə nə üçün darıxırdı. Ora ki özünün doğma yurdu idi. S.Hüseyn. Gəlir vətən oğlu doğma diyara. M.Rahim. • Doğma dil – ana dili. [Əmir Safiyə xatuna:] Çünki ərəbcə şeirlər sənin doğma dilində deyildir. M.S.Ordubadi.
4. sif. Ən yaxın, ən əziz, ən mehriban, sevimli. Silsilə dağlarda axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq. Doğma şirin nəğmələrini; Dəyişmərəm bu dünyanın dövlətinə, malına. N.Rəfibəyli. O qoxlayır Reyhanının; İsti doğma nəfəsini. M.Dilbazi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

doğma

yaxın, əziz, sevimli, mehriban
{yakın, değerli, sevimli, muhabbetli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

doğma

öz


Axir izdelgen sözler: