Deyil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
deyil
əd.
1. Özündən qabaq gələn sözə inkarlıq, ya zidlik mənası verir. O, tək deyil. Otaq qaranlıq deyil. – Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı). // Eyni mənada şəxs sonluqları ilə işlənilir: deyiləm, deyilsən, deyildir. Araz deyiləm, coşam; Kür deyiləm, qaynaşam; Apar sərraf yanına; Gör nə qiymətli daşam. (Bayatı). Deyilik biz nuxalı, gəncəli, ya kim bakılı; Belə boş işlərə vəqf eyləyək ehsanımızı. M.Ə.Sabir. Məncə, deyilsən qərib o qürbət ellərdə sən; Yaşayırsan əbədi azad könüllərdə sən. S.Rüstəm.
2. Feldən sonra gələrək, xəbərlik şəkilçiləri ilə eyni mənada cümlədə xəbər kimi işlənir. Fəqət Gülbadam çox duaya-zada inanan deyildi. N.Nərimanov. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn. Ay məndən yüksək deyil; Ay mənimlə tən durur. R.Rza.
3. “Deyilmi?” şəklində sual məqamında. Elə deyilmi? Sizi incitdim, deyilmi?
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
deyil
değil