Bəxtiyar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bəxtiyar
sif. və zərf [fars.] Xoşbəxt, bəxtli. Bəxtiyar adam. Bəxtiyar olmaq. Bəxtiyar yaşamaq. – Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək Bakıya qayıtdım. S.S.Axundov. Aslan çox çalışqan olduğu üçün hər gün öz ruzisini qazanıb külfəti ilə bərabər bəxtiyar yaşayırdı. C.Cabbarlı. Əsəd də müəlliminin yanında sözünün düz çıxdığından bəxtiyar bir uşaq kimi gülümsünüb durmuşdu. B.Talıblı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bəxtiyar
xoşbəxt, bəxtli
{mesut, şanslı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bəxtiyar
bahtiyar