xeymə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xeymə
is. [ər.] Çadır. Ey baba bəy, bu humayun əsgərin; Seşənbədə sərmənzili Car oldu. Məşriq tərəfində tazə qələnin; Qurulub xeymələr bərqərar oldu. Q.Zakir. Ki, nagəh xeymə dalından bir övrət; Dedi ey hatəm, ey şahi-səxavət! Uşaqlarım qalıbdır bu gecə ac; Olub bir löqməyə məğmunu möhtac. S.Ə.Şirvani. Bəzən də yaşamaq həvəsilə tək; Bir insan ətrafa qılınc çəkərək; Bütün bir ordunu heyrətə salmış; Xeymələr dağıdıb, çadırlar almış. S.Vurğun.