Bəs
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bəs
I. əd. [fars.]
1. Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir. • Bəs demək – kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. – 1) olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə qaraya. M.Ə.Sabir; 2) o qədər ki. Bir-birinə bəs ki sancıldı tənimdə oxların; Mürği-ruhum qeydinə oldu mürəttib bir qəfəs. Füzuli. Bəs ki dil aşiqi-göftari-şəkərbarındır; İstəyir nitqini, düşnamı duadən seçməz. S.Ə.Şirvani. Bəs qədər – olduqca, çoxlu, lazımınca. Bəs qədər yedi. Bəs olmaq, bəs etmək (eləmək) – kifayət etmək, yetmək, çatmaq. Odun ehtiyatı çatacaqmı, şəkər bəs edəcəkmi? S.Rəhimov. Bu da deyəsən bəs eləmədi. Ə.Əbülhəsən. [Camal:] Gözümlə gördüklərim mənə bəs oldu. S.Rəhimov.
2. Əmr şəklində: bəsdir, bəsdirin – yetər, kifayətdir, kifayət edər. Bəsdir mənə bu saqi ilə badeyi-gülgün. S.Ə.Şirvani. Şam ağacı bildi bu keyfiyyəti; Söylədi... Bəsdir, buraxın söhbəti! M.Ə.Sabir. Ey qələm! Bəsdir əritdin qəlbi-riqqətpərvəri. M.Hadi. [Çimnaz:] Bəsdirin qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.
II. əd. Sualı, ya fikri gücləndirmək üçün işlənir. Bəs harada idin? Bəs bizə nə vaxt gələcəksən? Bəs sənin şeylərin hanı? Bəs bu gün nə edəcəksən? Bəs sabah? – Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər; Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi? Nəsimi. Rəngü ruyu, cismi, taqəti, canı; Külli varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Bəs əlli min manatlıq, ya iyirmi beş min manatlıq ev məgər göbələkdir ki, özü-özünə yerin altından pırtlayıb çıxsın? C.Məmmədquluzadə. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bəs
yetər, kafi, kifayət
{yeterli, kâfi, kifayet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bəs
kâfi, ya